Bank Of Baku

Azərbaycan Supsa limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının ixracına dair tender keçirir

Azərbaycan Supsa limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının ixracına dair tender keçirir
# 22 dekabr 2008 15:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu il yanvarın 28-29-da Supsa limanından (Qara dəniz, Gürcüstan) 600 min barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Bu gün yekun vurulacaq sorğunun nəticələri dekabrın 23-də elan ediləcək.
Qeyd edək ki, Bakı-Supsa kəməri istifadəyə veriləndən, yəni 1999-cu ildən 2005-ci ilin sonunadək bu marşrutla 50 mln. ton, 2006-cı ilin ilk 10 ayı ərzində isə 5,6 mln. ton neft nəql olunub. Həmin vaxtdan sonra kəmər istismar olunmayıb və ilk dəfə bu ilin avqust ayının əvvəlində boru xəttinə 100 min ton neft vurulub.
Diametri 530 mm olan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km-dir ki, bunun da 443 km-i Azərbaycan ərazisinə düşür. Kəmər 1999-cu ilin aprel ayında istifadəyə verilib. İlkin mərhələdə kəmərin gündəlik buraxılış gücü 117 min barel olub. Sonradan nasos stansiyalarında aparılan modernləşdirmədən sonra buraxılış gücü 145 min barelədək artırılıb ki, bu da ildə 7,5 mln. ton neftin nəqlinə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR