Bank Of Baku

Azərbaycan svop kontraktlarla Rusiyaya qaz ixracına başlaya bilər

Azərbaycan svop kontraktlarla Rusiyaya qaz ixracına başlaya bilər
# 23 dekabr 2008 11:17 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in İnvestisiyaların idarə edilməsi Departamentinin müdiri Vaqif Əliyev bildirib.
V.Əliyevin sözlərinə görə, qısamüddətli əlaqələrin yaradılması Azərbaycan təbii qazının svop kontraktları əsasında Dağıstana ixracını nəzərdə tutur ki, bu məsələyə dair artıq ilkin danışıqlara başlanılıb: «Hələ ki, konkret olaraq təbii qazın həcmi və bu təchizatın texniki məsələlərinə dair söhbət getmir».
Bundan başqa V.Əliyev bildirib ki, gələn ilin yanvar ayında ARDNŞ ilə «Qazprom» arasında uzunmüddətli əməkdaşlıq və 2009-cu ildə mümkün əlaqələrin müzakirəsinin növbəti raundu keçiriləcək.
«Danışıqlar iki hissədən ibarət olacaq ki, bura uzunmüddətli və qısamüddətli birgə əməliyyatların həyata keçirilməsi daxildir. Uzunmüddətli əməliyyatlara «Şahdəniz II» fazasından qazın alınması, qısamüddətli əməliyyatlara isə svop yolu ilə qaz təchizatının həyata keçirilməsi daxildir», - deyə V.Əliyev qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR