Bank Of Baku

«Gulf Drilling» şirkəti bir ildə Azərbaycan iqtisadiyyatına 20 mln. dollar sərmayə yatırıb

«Gulf Drilling» şirkəti bir ildə Azərbaycan iqtisadiyyatına 20 mln. dollar sərmayə yatırıb
# 23 dekabr 2008 11:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Birləşmiş Ərəb Əmirliklərinin «Gulf Drilling Supply Fze» servis şirkətinin Azərbaycandakı filialının («Gulf Drilling Company Azerbaijan») yaradılmasının bir illiyinə həsr olunmuş tədbir keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən «Gulf Drilling Company Azerbaijan» şirkətinin direktoru İlham Babayev şirkət haqqında ətraflı məlumat verib, şirkətin 1 il ərzində gördüyü işlər barədə və növbəti illər (2009-2012-ci illər) üçün planlardan danışıb: «Müəssisə ötən bir il ərzində qurğu və avadanlıqların alınmasına 15 mln. manat məbləğində vəsait yönəldib ki, artıq 11 istismar quyusu qazılıb, 19 istismar quyusunda mürəkkəb qəza ləğv olunub və daha 2 istismar quyusu hazırda qazılmaqdadır».
İ.Babayev onu da qeyd edib ki, ötən ilin dekabr ayında fəaliyyətə başlayan müəssisədə 300-ə yaxın iş yeri yaradılıb, şirkətin 100 nəfər işçisi xarici ölkələrdə təcrübə almaq üçün treninqlərə göndərilib.
Qeyd edək ki, «Gulf Drilling Company Azerbaijan» şirkəti neft-qaz quyularının qazılması, quyuların əsaslı təmiri, neft-qaz hasilatının artırılmasında yeni texnologiyaların tətbiqi üzrə ixtisaslaşıb. Şirkətin əsas məqsədi neft sənayesində dünyanın qabaqcıl texnikası və texnologiyasını əldə etməklə öz maddi-texniki bazasının möhkəmləndirilməsi və ixtisaslı kadr potensialı hesabına dünya neft-qaz sənayesində qabaqcıl, rəqabət qabiliyyətli şirkətlərdən birinə çevrilməkdir.
Şirkətin Azərbaycanda, Xəzər ətrafı bölgədə və MDB-də uzunmüddətli fəaliyyət proqramı hazırlanıb ki, bu proqrama uyğun olaraq, şirkətin Bakı ofisinin gələcəkdə Xəzər ətrafı bölgədə və MDB məkanında regional ofisə çevrilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR