Bank Of Baku

Azərbaycan gələn il «Şahdəniz»də 9 mlrd. kubmetr qaz hasil edəcək

Azərbaycan gələn il «Şahdəniz»də 9 mlrd. kubmetr qaz hasil edəcək
# 23 dekabr 2008 12:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan milli sektorunda yerləşən «Şahdəniz» perspektivli strukturda 9 mlrd. kubmetr qaz hasil olunacağını proqnozlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in İnvestisiyaların idarə edilməsi Departamentinin müdiri Vaqif Əliyev bildirib.
V.Əliyevin sözlərinə görə, artıq gələn il 9 mlrd. kubmetr qazın hasilatından danışmaq olar: «Mövcud olan müqavilə öhdəlikləri ARDNŞ-a «Şahdəniz» yatağından əlavə qaz hasilat etməsinə imkan yaradır ki, sözügedən həcmin hasilatı həyata keçiriləcək».
Xatırladaq ki, 2007-ci il ərzində «Şahdəniz» strukturunda 3,16 mlrd. kubmetr təbii qaz hasil olunub və bu, illik proqnoza nisbətən 12,4% çoxdur. Hasil olunmuş qazın 1,594 mlrd. kubmetri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) təhvil verilib. Qeyd edək ki, hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır. Layihənin iştirakçıları isə BP (operator - 25,5%), «Statoil» (25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR