Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin «Tekfen İnşaat» şirkəti ilə planlaşdırdığı tikinti layihələri təxirə salınıb

Azərbaycan Dövlət Neft Şirkətinin «Tekfen İnşaat» şirkəti ilə planlaşdırdığı tikinti layihələri təxirə salınıb
# 23 dekabr 2008 14:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dünya maliyyə böhranı ilə bağlı «Tekfen İnşaat» şirkəti ilə planlaşdırdığı tikinti layihələri qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bu barədə «APA-Economics» Türkiyə mətbuatına istinadən məlumat verib.
Məlumatda qeyd olunur ki, maliyyə böhranı ilə əlaqədar ARDNŞ üçün yeni inzibati binanın inşası da təxirə salınıb. Hansı ki, bu bina imzalanmış müqaviləyə əsasən «Tekfen İnşaat» şirkəti tərəfindən həyata keçirilməli idi.
Bu səbəbdən də son 35 gün ərzində birjalarda «Tekfen İnşaat»ın səhmləri 32,4% ucuzlaşıb.
Qeyd edək ki, bir müddət əvvəl ARDNŞ ilə «Tekfen Holding» arasında «Tekfen İnşaat»ın səhmlərinin 50%-nin 520 mln. ABŞ dollarına satılması barədə razılaşma əldə olunub. Razılaşmaya əsasən, ARDNŞ tikinti işlərini «Tekfen İnşaat»a həvalə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR