Bank Of Baku

Dünya bazarında neftin ucuzlaşması Azərbaycan Dövlət Neft Şirkətinin bəzi investisiya layihələrinə mənfi təsir göstərib

Dünya bazarında neftin ucuzlaşması Azərbaycan Dövlət Neft Şirkətinin bəzi investisiya layihələrinə mənfi təsir göstərib
# 23 dekabr 2008 14:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya bazarında neftin ucuzlaşması nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) bir sıra investisiya layihəsi müəyyən dövrədək təxirə salınıb. APA-nın məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib: «Neftin qiymətinin düşməsi müəyyən investisiya layihələrinin həyata keçməsinin tarixinə təsir edir. Biz bütün variantları nəzərdən keçirir, təhlillər aparır, hansı işləri həyata keçirəcəyimizi götür-qoy edirik».
R.Abdullayev onu da qeyd edib ki, maliyyə böhranı və neftin qiymətinin aşağı düşməsi ARDNŞ-in Türkiyədə aldığı «Petkim» neft-kimya kompleksinin yenidən qurulması layihəsinin icrasının gedişinə təsir göstərməyib. «Petkim»in gəlirlə işləyən bir müəssisə olduğunu deyən ARDNŞ prezidenti müəssisədə işlərin nəzərdə tutulan qrafik üzrə həyata keçiriləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR