Bank Of Baku

Azərbaycan «Şahdəniz» qazının ixracı variantlarını təhlil edir

Azərbaycan «Şahdəniz» qazının ixracı variantlarını təhlil edir
# 23 dekabr 2008 15:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Xəzərin Azərbaycan sektorunda yerləşən «Mərkəzi Azəri» platformasındakı iki quyu dekabr ayının sonuna qədər istismara veriləcək. APA-nın məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdulayev bildirib.
R.Abdulayevin sözlərinə görə, hazırda neft yatağında 3 quyu istismar olunur. Gələn ilin yanvar ayının sonunadək «Mərkəzi Azəri» platformasının tam şəkildə istismara verilməsi planlaşdırılır.
ARDNŞ prezidenti hazırda «Şahdəniz» layihəsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazın ixracı ilə bağlı bir sıra ölkə ilə müzakirələrin aparıldığını da vurğulayıb: «Bununla bağlı müxtəlif variantlar nəzərdən keçirilir. Bu variantlardan biri hasil olunan qazın «Qazprom» şirkətinə, digəri Türkiyəyə satılmasıdır».
ARDNŞ prezidenti gələn il Azərbaycanda neft hasilatının 50 mln. tona, qaz hasilatının isə 7 mlrd. kubmetrə yaxın olacağını vurğulayıb.
Qeyd edək ki, sentyabrın 17-də «Mərkəzi Azəri» və «Qərbi Azəri» platformalarının yaxınlığında detektorlar vasitəsi ilə dənizdə qaz sızması aşkarlanıb. Bununla əlaqədar platformaların bütün işçilərinin evakuasiya edilməsi haqqında qərar qəbul olunub. Nəticədə, 200-dən artıq işçi təhlükəsizlik məqsədi ilə evakuasiya edilib.
Noyabr ayının əvvəlində isə «Qərbi Azəri» hasilat platformasının fəaliyyəti bərpa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR