Bank Of Baku

Azərbaycan «Kürsəngi-Qarabağlı» yataqlarında hasilatı artırmağı planlaşdırır

Azərbaycan «Kürsəngi-Qarabağlı» yataqlarında hasilatı artırmağı planlaşdırır
# 24 dekabr 2008 07:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) «Kürsəngi-Qarabağlı» yataq blokundan hasilatı artırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in İnvestisiyaların idarə edilməsi Departamentinin müdiri Vaqif Əliyev bildirib.
V.Əliyevin sözlərinə görə, bu, kiçik bir layihədir ki, neft hasilatının həcmi əhəmiyyətli səviyyədə olmayacaq: «Artıq podratçılar layihəyə və 2009-cu ilin büdcəsi ilə tanış olub ki, ilkin olaraq 3 quyunun qazılması nəzərdə tutulub».
Xatırladaq ki, «Kürsəngi-Qarabağlı» yataqlarının işlənməsinə dair kontrakt 1998-ci ildə ARDNŞ-la ABŞ-ın «Frontera» şirkəti və «Delta Hess» alyansı arasında imzalanıb. Sonradan ABŞ şirkəti öz iştirak payını Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) satıb. Lakin 2002-ci ilin əvvəlində AYİB-in 30%-lik iştirak payını 78 mln. dollara Çin Milli Neft Şirkəti (CNPC) alıb. Sonradan CNPC şirkəti «Delta Hess»in payını da alaraq layihədəki iştirak payını 50%-dək artırıb. Hazırda ARDNŞ-in layihədə iştirak payı 50% təşkil edir.
Qeyd edək ki, 1960-cı illərdə aşkarlanan bu yataqların qalıq neft ehtiyatları 100-150 mln. tona bərabərdir. ARDNŞ 1997-ci ildə burada gündəlik neft hasilatının 370 tona çatdırılmasına nail olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR