Bank Of Baku

Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb
# 30 dekabr 2008 07:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 2,31 dollar və ya 6,13% artaraq 1 barelə görə 40,02 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,18 dollar artaraq 40,55 dollar təşkil edib.

Neftin bahalaşması birbaşa olaraq siyasi səbəblərlə bağlıdır. Belə ki, Qəzza sektorunda baş verən münaqişə nəticəsində Yaxın Şərqdən neftin tədarükün azalacağı ehtimalı neft bazarlarında qiymətin artmasına səbəb olub. Eyni zamanda o da qeyd olunmalıdır ki, neft bazarına dünya maliyyə böhranın mənfi təsiri olmasaydı, münaqişə nəticəsində neft daha kəskin bahalaşardı.

Dekabrın 29-da Beynəlxalq Enerji Agentliyinin baş iqtisadçısı Fatih Birol bəyan edib ki, 2010-cu ildən sonra neftin qiyməti yenidən 100 dollara qədər qalxa bilər ki, bu 2010-cu ildə dünya iqtisadiyyatının bərpa proseslərin başlaması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR