Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti bu il Kulevi Neft Terminalından neft məhsullarının daşınmasını 4-5 dəfə artıracaq

Azərbaycan Dövlət Neft Şirkəti bu il Kulevi Neft Terminalından neft məhsullarının daşınmasını 4-5 dəfə artıracaq
# 05 yanvar 2009 09:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 2009-cu il ərzində 8,55 mln. ton neft hasil olunacağı gözlənilir.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, 2009-cu il üçün nəzərdə tutulmuş proqrama əsasən, ARDNŞ üzrə bu il həmçinin 8 mlrd. kubmetr qazın hasil olunacağı proqnozlaşdırılır.
Bundan başqa, cari il ərzində ARDNŞ Gürcüstanda aldığı Kulevi Qara Dəniz Terminalında idxal olunan neftin illik həcmini artırmaq üçün dəmir yolu infrastrukturunun yenidən qurmağı nəzərdə tutub. Nəticədə, 2009-cu ildə terminalda idxal olunan neft məhsulunun həcminin 8-10 mln. tona qədər çatdırması nəzərdə tutulur.
Qeyd edək ki, ötən il ərzində ARDNŞ xam neftin və neft məhsullarının saxlanılması və gəmilərə yüklənməsi üçün nəzərdə tutulmuş Kulevi Qara Dəniz Terminalına 340 mln. ABŞ dolları, ümumiyyətlə Gürcüstan iqtisadiyyatına isə 400 mln. dollar həcmində sərmayə yatırıb. Ötən il ərzində Kulevi terminalından 2 mln. ton neft məsulları daşınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR