Bank Of Baku

Azərbaycan dekabrda Novorossiysk limanından neft ixracını 0,3% azaldıb

Azərbaycan dekabrda Novorossiysk limanından neft ixracını 0,3% azaldıb
# 05 yanvar 2009 10:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏ) 2008-ci ilin dekabr ayında Rusiyanın Novorossiysk limanından (Qara dəniz) 82 506 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Şimal istiqamətində xam neftin ixracı noyabr ayı ilə müqayisədə 0,25% azalıb.
Ümumilikdə, 2008-ci ilin yanvar-dekabr aylarında Novorossiysk limanından MİƏ-nin 1 196 547 ton nefti ixrac edilib.
Dekabrda dünya bazarında Brent tipli xam neftin 1 bareli 40,35 dollara, Ural nefti – 40,03 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 41,36 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR