Bank Of Baku

Azərbaycan avtomobil benzini və dizel yanacağının ixracını artırıb

Azərbaycan avtomobil benzini və dizel yanacağının ixracını artırıb
# 05 yanvar 2009 10:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏ) 2008-ci ilin dekabr ayında 41 025 ton avtomobil benzini, 145 831 ton dizel yanacağı, 2 093 ton təyyarə yanacağı, 55 793 ton soba mazutu ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Noyabr ayı ilə müqayisədə ixrac olunan avtomobil benzininin həcmi 23,8%, dizel yanacağının həcmi 9,09% artıb, təyyarə yanacağı təxminən 7,2 dəfə, soba mazutunun ixracı isə 54% azalıb.
Ümumilikdə, 2008-ci il ərzində MİƏ 384 752 ton avtomobil benzini, 1 406 760 ton dizel yanacağı, 206 458 ton təyyarə yanacağı, 582 527 ton soba mazutu ixrac edib.
Ötən ilin dekabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 341,80 dollar (24,3% ucuzlaşıb), təyyarə yanacağının qiyməti 465,42 dollar (32,1% ucuzlaşıb), dizel yanacağının qiyməti 443,75 dollar (30,9% ucuzlaşıb), 1%-li kükürdlü mazutun qiyməti isə 231,43 dollar (24,9% ucuzlaşıb) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR