Bank Of Baku

Azərbaycan ötən il elektrik enerjisi istehsalını 1% azaldıb

Azərbaycan ötən il elektrik enerjisi istehsalını 1% azaldıb
# 05 yanvar 2009 13:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanın enerji sistemində 21,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2007-ci illə müqayisədə təxminən 1% azdır. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bu həcmdən 19 mlrd. kVt/saata yaxını istilik elektrik stansiyaları (İES), 2,2 mlrd. kVt/saata yaxını isə su elektrik stansiyalarının payına düşüb.
Bununla yanaşı, il ərzində Rusiya, Türkiyə, İran və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.
İlin son günləri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramlarında 73,6 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR