Bank Of Baku

Azərbaycan müəssisələri Abu-Dabidə keçiriləcək İDEX-2009 beynəlxalq hərbi sənaye sərgisinə dəvət olunub

Azərbaycan müəssisələri Abu-Dabidə keçiriləcək İDEX-2009 beynəlxalq hərbi sənaye sərgisinə dəvət olunub
# 05 yanvar 2009 13:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın hərbi sənaye müəssisələrinə 2009-cu ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək İDEX-2009 beynəlxalq hərbi sənaye sərgisində iştirakla bağlı dəvət göndərilib. Bu barədə «APA-Economics»ə sərginin təşkilat komitəsindən məlumat verilib.
Fevralın 22-dən 26-dək Abu-Dabidəki Milli Sərgi Mərkəzində (ADNEC) təşkil olunacaq sərgidə iştirakla bağlı Azərbaycanın müdafiə və müdafiə sənayesi nazirlərinə dəvət göndərilib. Ümumilikdə, sərgidə Azərbaycan da daxil olmaqla, dünyanın 66 ölkəsindən nümayəndə heyətlərinin iştirakı gözlənilir.
Qeyd edək ki, Azərbaycanın hərbi sənaye müəssisələrinin istehsalı olan bir neçə silah, xüsusilə də «İstiqlal» snayper tüfəngi ilk dəfə 2008-ci ilin noyabrında Pakistanda keçirilən İDEAS-2008 sərgisində nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR