Bank Of Baku

Azərbaycanın aparıcı poladəritmə müəssisəsi işçilərini məzuniyyətə göndərib

Azərbaycanın aparıcı poladəritmə müəssisəsi işçilərini məzuniyyətə göndərib
# 05 yanvar 2009 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı poladəritmə müəssisəsi olan «Baku Steel Company» şirkəti zavodda çalışan işçilərin bir qrupunu icbari qaydada ödənişsiz məzuniyyətə göndərib. Bu barədə «APA-Economics»ə zavodun işçiləri məlumat verib.
Məzuniyyətə göndərilənlərin sözlərinə görə, «Baku Steel Company» şirkətinin rəhbərliyi heç bir səbəb bildirmədən zavodda çalışan bir qismini fevralın 2-dək məzuniyyətə göndərib.
Qeyd edək ki, ötən ilin noyabr ayında zavodun fasiləsiz tökmə sexində təmir işləri ilə əlaqədar olaraq müəssisədə çalışan işçilər ödənişli məzuniyyətə çıxarılıb ki, bütün işçilər dekabr ayında (sexin təmirindən sonra) yenidən iş başına qaytarılıb.
Xatırladaq ki, hazırda zavodda 1 700-dən artıq işçi çalışır.
Qeyd edək ki, «Baku Steel Company» şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Hazırda zavodda bir adda (tikinti armaturu) müxtəlif çeşiddə məhsul istehsal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR