Bank Of Baku

Azərbaycanın qərbində su elektrik stansiyalarında təmir-tikinti işləri aparılır

Azərbaycanın qərbində su elektrik stansiyalarında təmir-tikinti işləri aparılır
# 06 yanvar 2009 12:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Şəmkir Su Elektrik Stansiyası»nda gücü 190 MVt olan 1 saylı hidroaqreqatda təmir-bərpa işləri başa çatdırılaraq blok işə qoşulub. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən bildirilib.
Hazırda «Şəmkir SES»in kran təsərrüfatında olan 5 kətilli və 2 körpülü kran saz vəziyyətdədir. Ümumilikdə, 13 transformator, 330-110 kV-luq 12 ədəd hava açarı, 12 kompressor qurğusu təmirdən və profilaktik yoxlamalardan keçirilib və hazırda normal vəziyyətdədir.
Bundan başqa, «Yenikənd SES»də hər birinin gücü 37,5 MVt olan 4 hidroaqreqat hazırda saz vəziyyətdə işləyir. Burada da işdə olan 2 kətilli və 1 körpülü kran, 5 ədəd 110 kV-luq qaz açarı, müxtəlif güclü 12 transformator profilaktik yoxlamadan keçirilib və aşkar olunan xırda nöqsanlar aradan qaldırılıb. «Yenikənd SES»in bütün avadanlıq və qurğuları texniki cəhətdən sazdır və baş dispetçer qrafiki üzrə müvəffəqiyyətlə istismar olunur.
Təmir-bərpa işləri təsdiq olunan qrafik üzrə davam etdirilir. Bu tədbirlər, yəni yarımstansiyaların vaxtında keyfiyyətli təmirinin yerinə yetirilməsi, onların maksimal enerji ötürmək imkanlarının artırılması və qış mövsümündə istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR