Bank Of Baku

Ceyhan limanından indiyədək 70 mln. ton Azərbaycan nefti ixrac olunub

Ceyhan limanından indiyədək 70 mln. ton Azərbaycan nefti ixrac olunub
# 07 yanvar 2009 06:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından 2009-cu ilin əvvəlinədək dünya bazarlarına 70 mln. ton Azərbaycan nefti ilə yüklənmiş 650 tanker yola salınıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə BOTAŞ şirkəti məlumat yayıb.
Yola salınan xam neftin 6,5%-i TPAO şirkətinin (Türkiyə) payına düşüb. BOTAŞ neftin hər 1 barelinin yüklənməsindən 35 sent qazanıb.
Qeyd edək ki, Azərbaycan nefti Ceyhan limanına Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsi ilə nəql olunur. Təxminən 3,4 mlrd. ABŞ dolları dəyərində olan BTC 2 iyul 2006-cı ildə istifadəyə verilib. Uzunluğu 1 776 km olan BTC-nin 1 076 km-i Türkiyə, 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan ərazisinə düşür. Kəmər gündə 1 mln. barel nəqletmə (illik – 50 mln. ton) gücünə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR