Bank Of Baku

Türkiyənin hərbi sənaye sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndə heyəti Azərbaycana gələcək

Türkiyənin hərbi sənaye sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndə heyəti Azərbaycana gələcək
# 07 yanvar 2009 07:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin mart ayında Türkiyə Müdafiə Sənayesi Müştəşarlığının və hərbi sənaye sektorunda fəaliyyət göstərən şirkətlərin təmsilçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Bu barədə «APA-Economics»ə Müdafiə Sənayesi Müştəşarlığından məlumat verilib.
Nümayəndə heyəti Azərbaycanla hərbi sənaye sektorunda həyata keçiriləcək bəzi layihələri, həmçinin aprel ayında keçiriləcək İDEF-2009 sərgisində (İstanbul şəhəri) iştirak məsələlərini müzakirə edəcəklər.
Tərəflərin görüş çərçivəsində cari məsələlər, Türkiyənin «Roketsan» şirkəti və Azərbaycanın «İqlim» Elmi İstehsalat Birliyinin birgə reaktiv yaylım atəş sistemləri istehsalına başlaması, investisiyaların yatırımı və s. bağlı müzakirələr aparacağı gözlənilir. Səfər çərçivəsində Azərbaycanın hərbi müəssisələri ilə Türkiyənin bəzi şirkətləri arasında əməkdaşlığa dair sənədlərin imzalanması də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR