Bank Of Baku

Azərbaycan martda qızıl istehsalına başlayacaq

Azərbaycan martda qızıl istehsalına başlayacaq
# 07 yanvar 2009 09:49 (UTC +04:00)
İlk olaraq qızıl istehsalına «Gədəbəy» yatağında start veriləcək. Artıq yatağın yaxınlığında qızıl emal edəcək zavodun tikintisi prosesi yekunlaşmaq üzrədir. Havaların qarlı keçməsinə baxmayaraq, ABMƏŞ istehsalı mart ayı ərzində başlamağı planlaşdırır.
«Gədəbəy»də tikilən zavodda qızıl kimyəvi üsulla torpaqdan və digər filizlərdən ayrılacaq.
Növbəti mərhələdə isə Tovuz rayonu ərazisindəki «Qoşa» yatağında istismar işlərinə başlanılacaq.
Qeyd edək ki, Azərbaycanda qızıl istehsalına 2008-ci ilin son rübündə başlanması planlaşdırılsa da, bəzi texniki səbəblərlə bağlı proses ləngiyib.
«Gədəbəy» yatağının təmiz qızıl ehtiyatları təxminən 750 min unsiya həcmində qiymətləndirilir. Bundan əlavə yataqda gümüş və mis var. Yatağın ümumi ehtiyatları isə təxminən 1,2 mln. unsiyaya bərabərdir.
Hesablamalara görə, 1 unsiya qızılın alınması üçün «Gədəbəy»də təxminən 15 ton zənginləşdirilmiş torpaq emal olunmalıdır. Hər 1 ton torpaqdan isə 2 qram qızıl almaq mümkündür.
ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Zod», Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR