Bank Of Baku

«Stratfor» analitik mərkəzi: Avropanın Rusiyadan enerji asılılığının aradan qaldırılmasının 4 variantı var

«Stratfor» analitik mərkəzi: Avropanın Rusiyadan enerji asılılığının aradan qaldırılmasının 4 variantı var
# 08 yanvar 2009 07:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ABŞ-ın nüfuzlu «Stratfor» analitik mərkəzi Avropanın Rusiyadan enerji asılılığının aradan qaldırılması üçün 4 alternativ variant təklif edib. «APA-Economics»in məlumatına görə, «Stratfor»un təqdim etdiyi birinci seçim Adriatik dənizində İtaliya və Yunanıstanı bağlayan və illik 8-10 mlrd. kubmetr gücə malik «Poseydon» sualtı qaz kəməridir. «Poseydon» Türkiyədən Yunanıstana gedən boru kəmərinə bağlı olacaq. Bu kəmər Yaxın Şərq və Xəzər hövzəsidən qazın İtaliyaya çıxarılmasını təmin edəcək. Agentliyin ekspertləri hesab edirlər ki, «Poseydon» layihəsinin 2009-cu ilin sonuna qədər işə düşməsi vacibdir.
«Stratfor»un ikinci təklifi nüvə enerjisinin inkişaf etdirilməsi ilə bağlıdır. Mərkəzin təhlilçiləri hesab edirlər ki, nüvə enerjisi Avropanın enerji təchizatında mühüm rol oynaya və enerji asılılığının müəyyən dərəcədə azaldılmasına şərait yarada bilər.
Üçüncü təklif maye qaz istehsal edən zavodların inşasını nəzərdə tutur. Çox bahalı texnologiyaların tətbiqinə baxmayaraq, maye qaz ehtiyatının yaradılması daha səmərəli hesab olunur. Hazırda Yunanıstan belə zavoda malikdir, Xorvatiya 2009-cu ilin sonuna qədər belə bir zavodun tikintisinə başlamağı planlaşdırır.
«Stratfor» mərkəzinin təqdim etdiyi dördüncü təklif isə «Nabucco» boru kəməri layihəsidir. Mərkəz bəyan edir ki, Rusiya və Ukrayna arasında yaranan mövcud qaz böhranı bu layihəni bərpa edə bilər: «Nabucco» ilə bağlı əsas problem qaz təchizatçılarının müəyyən olunmasındadır. Kəmərin əsas təchizatçılarının Azərbaycan, Türkmənistan, İran, İraq, Qətər və Misir olacağı gözlənilir. Layihənin həyata keçirilməsi 5 il çəkəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR