Bank Of Baku

«Palmali» Şirkətlər Qrupu Rusiyadan daha bir tanker alıb

«Palmali» Şirkətlər Qrupu Rusiyadan daha bir tanker alıb
# 08 yanvar 2009 07:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Krasnoye Sormovo» gəmiqayırma zavodu «Palmali» Şirkətlər Qrupuna 10 ədəd sifariş olunmuş tankerlərin sayca beşincisi olan «Yeni Armada» tipli tankerini təhvil verib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, təhvil verilmiş tanker kimyəvi maddələr daşınması üçün nəzərdə tutulub və «Vilesh River» adını daşıyır. Tankerin uzunluğu 139,95 metr, eni 16,60 metr, bortun hündürlüyü 6 metr, dedveydi 7 min ton təşkil edir.
«Palmali» və «Krasnoye Sormovo» arasında imzalanan müqaviləyə əsasən, digər 5 tanker 2009-cu ilin sonunadək sifarişçiyə təhvil veriləcək.
Qeyd edək ki, «Krasnoye Sormovo» zavodu artıq «Kura River», «Araz River», «Nasiba Zeynalova» və «Bashir Safaroqlu» tankerlərini «Palmali» şirkətinə təhvil verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR