Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Batumi limanından neftin ixracını 47% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti Batumi limanından neftin ixracını 47% artırıb
# 08 yanvar 2009 10:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il ARDNŞ Bakı-Batumi dəmiryolu vasitəsi ilə 326 030 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Ötən il Bakı-Batumi dəmiryolu vasitəsi ilə Batumi limanından ixrac edilmiş ARDNŞ neftinin həcmi 2007-ci ildəkindən 47,3% çox olub.
Qeyd edək ki, ARDNŞ Bakı-Batumi marşrutu vasitəsilə 2007-ci ildə 221 258,3 ton neft ixrac edib. Ötən il həmçinin bu marşrutla ABƏŞ-in 4 434 592,1 ton nefti yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR