Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti 2008-ci ildə Bakı-Supsa kəməri ilə 407,1 min ton neft ixrac edib

Azərbaycan Dövlət Neft Şirkəti 2008-ci ildə Bakı-Supsa kəməri ilə 407,1 min ton neft ixrac edib
# 08 yanvar 2009 12:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2008-ci il ərzində Bakı-Supsa neft kəməri ilə 407 101,7 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Qeyd edək ki, 2006-cı ilin sentyabr ayından təmirə dayanması ilə əlaqədar 2007-ci ildə ARDNŞ kəmərlə neft nəql etməyib. Bu müddətdə yalnız ABƏŞ Bakı-Supsa kəməri vasitəsi ilə 49 174,6 ton neft yola salıb. Ötən ilin avqust ayında kəmərlə Azərbaycan neftinin nəqli bərpa olunsa da, Gürcüstanda gedən hərbi əməliyyatlar zamanı kəmərin istismarı yenidən dayandırılıb.
Bakı-Supsa kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda hasil olunan xam neft ixrac edilir.
Qeyd edək ki, Bakı-Supsa istifadəyə veriləndən (1999-cu il) 2005-ci ilin sonunadək kəmərlə 295 mln. barel neft nəql olunub, 2006-cı ilin 10 ayı ərzində isə 5,6 mln. ton neft ötürülüb.
Xatırladaq ki, diametri 530 mm, uzunluğu 837 km (o cümlədən, Azərbaycan hissəsi - 443 km) olan Bakı-Supsa neft kəməri 1999-cu ilin aprel ayında istifadəyə verilib. Kəmərin ilkin gündəlik buraxılış gücü 117 min barel olub. Lakin sonradan nasos stansiyalarında iki dəfə aparılan modernləşmə işləri nəticəsində buraxılış gücü 145 min barelədək artırılıb ki, bu da ildə 7 mln. ton neftin nəql olunmasına imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR