Bank Of Baku

Azərbaycan Xəzər Dəniz Neft Donanması «Russkiy Registr»dən beynəlxalq sertifikat alıb

Azərbaycan Xəzər Dəniz Neft Donanması «Russkiy Registr»dən beynəlxalq sertifikat alıb
# 08 yanvar 2009 14:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanması «Russkiy Registr» şirkətindən beynəlxalq sertifikat alıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Donanma İnteqrasiya olunmuş Menecment Sisteminə Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi üzrə Menecment Sistemi (OHSAS 18001-2007) ilə yanaşı Gəmi Təmiri Zavodu hesabına Donanmanın Ekoloji Menecment Sisteminin əhatə dairəsi «gəmi təmiri işləri və neft avadanlığı üçün detal və hissələrin hazırlanması» bəndi üzrə daha da genişləndirilib.
Hazırda Xəzər Dəniz Neft Donanmasının hər 3 idarəetmə sistemi üzrə beynəlxalq standartlara uyğunluq sertifikatları IQNet sistemi üzrə də qüvvəyə malikdir.
Qeyd edək ki, bu il Xəzər Dəniz Neft Donanması «Russkiy Registr»dən həmçinin ISO 9001:2000 – Keyfiyyət Menecmenti Sistemi və ISO 14001:2004 – Ekoloji Menecment Sistemi beynəlxalq standartlarının tələblərinə uyğunluq sertifikatları da alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR