Bank Of Baku

ARDNŞ «Neft Daşları»nda sıxıcı kompressor stansiyasını genişləndirəcək

ARDNŞ «Neft Daşları»nda sıxıcı kompressor stansiyasını genişləndirəcək
# 08 yanvar 2009 15:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ bu il Qaz Proqramı çərçivəsində «Neft Daşları»ndakı 2 nömrəli sıxıcı kompressor stansiyasını (SKS-2) genişləndirməyi planlaşdırır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Hazırda stansiyanın gücü 7,4 mln. kubmetrdir və orada 12 aqreqat fəaliyyət göstərir. Həyata keçiriləcək tədbirlər nəticəsində SKS-in sutkalıq gücünü daha 3,6 mln. kubmetr artırmaq nəzərdə tutulur və bu məqsədlə stansiyada 4 yeni aqreqat işə salınacaq.
İnşa işlərini «Neftqaztikinti» tresti yerinə yetirir. Stansiyada istifadə edilən avadanlıq ABŞ-ın «Solar» şirkətinə aiddir. Stansiyanın cari ilin aprel ayında ümumilikdə 11 mln. kubmetr sutkalıq güclə istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, 1994-cü ilin sentyabr ayında istismara buraxılmış stansiya əsasən «Günəşli» və «Çıraq» yataqlarından daxil olan aşağı təzyiqli səmt qazının sıxılması üçün nəzərdə tutulur. Stansiyaya 5 atmosferlə daxil olan qaz buradan 55 atmosfer təzyiqlə çıxır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR