Bank Of Baku

BP şirkətinin mənfəəti kəskin azala bilər

BP şirkətinin mənfəəti kəskin azala bilər
# 09 yanvar 2009 08:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya bazarında neftin kəskin ucuzlaşması nəticəsində BP şirkətinin 2008-ci ilin IV rübdə vergi ödənilənədək mənfəəti III rüblə müqayisədə təxminən 6 mlrd. ABŞ dolları azala bilər. «APA-Economics»in «Financial Times»a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin ilkin proqnozlarında deyilir. Şirkətin IV rüb üzrə maliyyə göstəriciləri, o cümlədən mənfəətin mütləq həcmi fevralın 3-də açıqlanacaq.
BP-nin məlumatında bildirilir ki, proqnozlara neftin ucuzlaşması təsir edib: Brent markalı neftin orta qiyməti III rübdə 115,09 dollar/barel təşkil etdiyi halda, IV rübdə 55,48 dollara enib. Qeyd edək ki, hazırda analitiklərin diqqəti daha çox neftin 50 dollardan aşağı olduğu dövrün BP şirkətinin mənfəətinə və maliyyə axınlarına təsirə yönəldilib. BP-nin hesablamalarına görə, əgər şirkətin məsrəfləri bugünkü səviyyədə saxlanılarsa, neftin qiymətinin 60 dollardan aşağı olduğu halda şirkət divident ödəməsi və sərmayə yatırımında çətinliklərlə üzləşərək borc almaq məcburiyyətində qalacaq. Eyni zamanda, şirkətin baş direktoru Toni Heyvord bəyan edib ki, onun proqnozlarına görə, neft sektorunun ümumi «soyuması» və şirkətin daxili siyasəti hesabına məsrəflər azaldılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR