Bank Of Baku

Nazir Taner Yıldız: «Azərbaycan qazının Türkiyəyə ixracı ilə bağlı danışıqlar başa çatır»

Nazir Taner Yıldız: «Azərbaycan qazının Türkiyəyə ixracı ilə bağlı danışıqlar başa çatır»
# 07 may 2009 08:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyə ilə Azərbaycan arasında təbii qazın alqı-satqı qiyməti və tranziti ilə bağlı son detallar müzakirə olunur. «APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
«Azərbaycanla müzakirələrin sonuna gəlmişik. Qazın qiyməti və tranziti ilə bağlı müzakirələri tamamlayaraq Praqada keçirilən sammitə qatılacağıq», - deyə nazir vurğulayıb.
Hazırda BOTAŞ-ın nümayəndə heyətinin Bakıda ARDNŞ-lə danışıqlar apardığını deyən T.Yıldız hazırkı mərhələdə bu mövzuda hər hansı açıqlama verməyin tez olduğunu vurğulayıb.
«Praqada «Nabucco» layihəsi müzakirə olunacaq. Biz sammitə ARDNŞ-la birgə, hazır getmək istəyirik. Bu çərçivədə konkret addım atacağımızı və müsbət inkişafın olacağını düşünürəm», - nazir əlavə edib.
Qeyd edək ki, Türkiyə 2007-ci ildən «Şahdəniz» layihəsinin birinci fazası çərçivəsində Azərbaycandan 1000 kubmetri 120 ABŞ dolları olmaqla ildə 6 mlrd. kubmetr təbii qaz idxal edib. «Şahdəniz» layihəsinin ikinci fazasından isə rəsmi Ankara ildə 8 mlrd. kubmetr qaz almaq istəyir.
Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında qazın alqı-satqısı və tranziti ilə bağlı əsas problem Türkiyənin «Şahdəniz» yatağının II mərhələsində hasil olunacaq qazın nəqli üzrə tranzit ölkə kimi deyil, treyder qismində çıxış etmək niyyəti, həmçinin tranzit qazının 15%-ni özünə götürmək istəyi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR