Qırğızıstan və Tacikistan Respublikasının vətəndaşları Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutdan fərqlənmə ilə məzun olublar.
APA xəbər verir ki, bu barədə Heydər Əliyev adına Hərbi İnstitut və Tibb Fakultəsinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasimdə bildirilib.
Qırğızıstanlı kursant Emir Esnalıyev, tacikistanlı kursant Anvorcan Qafurov çıxışlarında Heydər Əliyev adına Hərbi İnstitutdan məzun olduqları üçün qürur hissi keçirdiklərini deyiblər. Onlar əldə etdikləri bilikləri gələcək fəaliyyətlərində tətbiq edəcəklərini bildiriblər.