Bank Of Baku

Ukrayna Odessa-Brodı kəməri ilə Xəzər neftinin nəqlinə dair tədbirlər planı hazırlayır

Ukrayna Odessa-Brodı kəməri ilə Xəzər neftinin nəqlinə dair tədbirlər planı hazırlayır
# 07 may 2009 10:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ukrayna prezidenti Viktor Yuşşenko Xəzər neftinin Odessa-Brodı boru kəməri ilə nəqlinin təşkili ilə bağlı ölkə hökumətinə 2009-cu il üçün tədbirlər planı hazırlamağı tapşırıb. «APA-Economics»in məlumatına görə, bu barədə prezidentin enerji təhlükəsizliyinə dair beynəlxalq məsələlər üzrə müvəkkili Boqdan Sokolovski xəbər verib. B.Sokolovski qeyd edib ki, tapşırığa əsasən, aidiyyəti qurumların təkliflərini nəzərə alan tədbirlər planı mayın 8-dək hazırlanmalıdır. Sözügedən layihənin çərçivəsində Ukraynanın Qərbində yerləşən neft emalı zavodlarına ildə 5 mln. ton neftin tədarük edilməsi nəzərdə tutulur.
Ukraynanın yanacaq və energetika naziri Yuri Prodanın Odessa-Brodı boru kəmərinin planlaşdırılmış rejimə keçirilməsinin mümkünsüzlüyü barədə dediklərini şərh edərək, B.Sokolovski Azərbaycanın həmin boru kəməri ilə neft nəq etməyə hazır olması barədə prezident İlham Əliyevin bəyanatlarını xatırladıb: «Bundan sonra həmin bəyanatları səslənldirmək, ən azı, təəccüblüdür».
Xatırladaq ki, V.Yuşşenko hökumətdən Odessa-Brodı kəmərinin planlaşdırılmış rejiminə (reversdən aversə keçirilməsi), yəni Xəzər neftinin Avropaya nəqlini nəzərdə tutan istiqamətə dəyişdirilməsini tələb edib. Ukrayna prezidenti xatırladıb ki, 2009-cu ilin aprelin 9-da İ.Əliyev Azərbaycanın Avropa bazarına bu marşrutla neft tədarük etməsinə hazır olduğunu təsdiqləyib.
V.Yuşşenkonun sözlərinə görə, aprelin 24-də «Sarmatiya» Beynəlxalq Konsorsiumun səhmdarlarının Varşavada keçirilən yığıncağında təsdiqlənmiş layihənin texniki-iqtisadi əsaslandırılması kifayət edəcək neft həcmlərinin olmasından xəbər verir. Belə ki, Xəzər regionunda neft hasilatı 2015-ci ilə qədər 100 mln. tonadək, 2025-ci ilədək isə 150 mln. tona qədər artmalıdır. Eyni zamanda, bu layihə çərçivəsində neftə olan illik tələbat 30 mln. ton həcmində gözlənilir. İlkin mərhələdə 5-10 mln. ton həcmində neftin Ukrayna, Avstriya və Polşa neft emalı zavodlarına əlavə iri investisiyalar olmadan nəqli nəzərdə tutulur. İkinci və üçüncü mərhələlərdə nəqlin 20, 30 və 40 mln. tona qədər artırılması üçün əlavə infrastruktur elementlərinin tikintisi planlaşdırılır və həmin mərhələlərdə tranzit gücü və tələbatdan asılı olaraq, investisiyaların həcmi 2-8 mlrd. dollar təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR