Bank Of Baku

Mayın sonunda Azərbaycanda qızıl emalı zavodu açılacaq

Mayın sonunda Azərbaycanda qızıl emalı zavodu açılacaq
# 07 may 2009 12:27 (UTC +04:00)
Gədəbəy. Cəmşid Bəxtiyar – APA. Azərbaycanın Gədəbəy rayonunda inşa olunan qızıl emalı zavodu mayın sonunda işə düşəcək. Bu barədə APA-nın qərb bürosuna Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətindən (ABMƏŞ) məlumat verilib.
Hazırda zavodda istehsal prosesini həyata keçirən avadanlıqların qurulması yekunlaşmaq üzrədir. Paralel olaraq zavodda filizin üyüdülərək emala hazırlanma prosesi həyata keçirilir. Bu mərhələ 15 gün davam edəcək və bundan sonra qızıl və gümüş tərkibli filizin istehsalına başlanılacaq. İlk külçənin müəssisənin açılış mərasimində alınması nəzərdə tutulur.
Qeyd edək ki, «Gədəbəy» filiz yatağında qızıl istehsalına başlanılması əvvəlcə aprel ayında nəzərdə tutulsa da, texniki səbəblərlə əlaqədar bir ay gecikib.
ABMƏŞ-in apardığı son qiymətləndirmələrə əsasən, «Gədəbəy» yatağının qızıl ekvivalentində çıxarıla bilən ümumi ehtiyatı 1 mln. unsiyadır.
Qeyd edək ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR