Bank Of Baku

Bu il Bakı şəhəri üzrə 51 min yeni elektrik sayğac quraşdırılıb

Bu il Bakı şəhəri üzrə 51 min yeni elektrik sayğac quraşdırılıb
# 07 may 2009 12:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-aprel aylarında Bakı şəhərinin 11 rayonu üzrə abunəçilərə 51 mindən artıq elektrik sayğacı quraşdırılıb. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Sayğaclaşdırma işləri əsasən Bakının Qaradağ, Binəqədi, Əzizbəyov, Sabunçu və Suraxanı rayonlarında həyata keçirilib. Paralel olaraq 0,4 KV-luq şəbəkədə naqillər SİP kabellərlə əvəz edilib.
Xatırladaq ki, Bakı şəhəri üzrə 2008-ci ildə 160 mindən çox elektrik sayğacı quraşdırılıb.
Qeyd edək ki, Bakı şəhəri və paytaxta yaxın yaşayış məntəqələrinin enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 670 mindən çox abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR