Bank Of Baku

«BP-Azerbaijan» şirkəti BTC-yə əsaslı xərcləri bu il 13% azaldacaq

«BP-Azerbaijan» şirkəti BTC-yə əsaslı xərcləri bu il 13% azaldacaq
# 08 may 2009 08:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» şirkəti bu il ərzində Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəmərinə yatırılan əsaslı xərclərini 12,8% azaltmaq niyyətindədir.
«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ildə BTC üzrə çəkilən əsaslı xərclər 164 mln. ABŞ dolları təşkil edib. Bu il ərzində isə BTC-nin əsaslı xərclər planının 143 mln. dollar təşkil edəcəyi gözlənilir.
«Birinci rüb ərzində biz BTC-yə 18 mln. dollar məbləğində əsaslı xərclər qoymuşuq», - deyə şirkətdən bildirilib.
Xatırladaq ki, «BP-Azerbaijan» şirkəti Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Son 15 il ərzində şirkət 6 dəniz istismar platforması, 2 neft və qaz ixrac boru kəməri və dünyada neft və qaz emal edən ən böyük terminallardan biri daxil olmaqla, bir sıra dünya səviyyəli qurğular inşa edib. Şirkət Xəzərin Azərbaycan sektorunda «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi layihəsinin operatorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR