Bank Of Baku

«BP-Azerbaijan» bu il Azərbaycan Dövlət Neft Şirkətinə səmt qazının təhvilini 31% azaldacaq

«BP-Azerbaijan» bu il Azərbaycan Dövlət Neft Şirkətinə səmt qazının təhvilini 31% azaldacaq
# 08 may 2009 09:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» şirkəti 2009-cu il ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) 1,45 mlrd. kubmetr səmt qazı təhvil verəcək. Bu isə ötən ilin analoji göstəricisi ilə müqayisədə 31% azdır.
«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Mərkəzi Azəri» platformasında bərpa əməliyyatlarının tamamlanmasından asılı olaraq, bu rəqəm daha yüksək ola bilər.
«Bu ilin əvvəlindən biz ARDNŞ-a «Azəri-Çıraq-Günəşli» (AÇQ) yataqlar blokundan gündə təxminən 11,75 mln. kubmetr səmt qazı verirrik», - deyə şirkətdən bildirilib.
Şirkətdə həmçinin qeyd ediblər ki, 2008-ci ildə «BP-Azerbaijan» şirkəti ARDNŞ-a gündə təxminən 5,77 mln. kubmetr AÇG-dən hasil edilmiş səmt qazı verib. Bütün il ərzində isə ARDNŞ-a 2,1 mlrd. kubmetr qaz çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR