Bank Of Baku

«Şahdəniz» qaz yatağının işlənməsi layihəsinə əməliyyat xərcləri bu il 74% artıılacaq

«Şahdəniz» qaz yatağının işlənməsi layihəsinə əməliyyat xərcləri bu il 74% artıılacaq
# 08 may 2009 10:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağının işlənməsi layihəsinə əməliyyat xərclərini 73,7% artırmaq, əsaslı xərcləri isə 21,6% azaltmaq niyyətindədir.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ildə bu layihəyə çəkilən əməliyyat xərcləri 152 mln. ABŞ dolları, əsaslı xərclər isə 471 mln. dollar təşkil edib: «Bu il ərzində «Şahdəniz» layihəsi üzrə fəaliyyətə 264 mln. dollar əməliyyat xərcləri və 369 mln. dollar əsaslı xərclər yönəltmək niyyətindəyik».

Şirkətdən həmçinin bildirilib ki, 2009-cu ilin birinci rübü ərzində «BP-Azerbaijan» şirkəti «Şahdəniz» layihəsi üzrə 35 mln. dollar əməliyyat və 87 mln. dollar həcmində əsaslı xərclər yönəldib.

Xatırladaq ki, yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 22 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.

Qeyd edək ki, 2015-2030-cu illərdə Azərbaycanın qaz ixracı ildə 30-35 mlrd. kubmetr təşkil edəcək. Eyni zamanda, Türkmənistanın qaz ixracı 145-180 mlrd. kubmetr, Qazaxıstanın isə 60-70 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. Göstərilən miqdardan 15-20 mlrd. kubmetr qazı Azərbaycan Avropaya nəql edə biləcək. Müqayisə üçün Türkmənistan üçün bu göstərici 20-30 mlrd. kubmetr, Qazaxıstan üçün isə 10-15 mlrd. kubmetr səviyyəsində gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR