Bank Of Baku

Praqada «Cənub Dəhlizi – yeni ipək yolu» adlı beynəlxalq enerji sammiti keçirilir

Praqada «Cənub Dəhlizi – yeni ipək yolu» adlı beynəlxalq enerji sammiti keçirilir
# 08 may 2009 10:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Praqada (Çexiya) «Cənub Dəhlizi – yeni ipək yolu» adlı beynəlxalq enerji sammiti işə başlayıb. «APA-Economics»in məlumatına görə, sammitdə Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri arasında Avropa istiqamətində qaz boru kəmərlərinin tikintisinin sürətləndirilməsinə dair deklarasiyanın imzalanması nəzərdə tutulur.
Ekspertlərin fikrincə, deklarasiyanın sammitin bütün iştirakçıları tərəfindən imzalanacağı gözlənilir ki, bunların arasında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Misir, İraq və Türkiyə var. Qeyd edək ki, Praqa sammiti Avropa İttifaqı tərəfindən beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi çərçivəsində əsas tədbir kimi təşkil olunub.
Avropa Komissiyasının enerji təhlükəsizliyi məsələləri üzrə nümayəndəsi Ferran Tarradelas Espuninin sözlərinə görə, sammitin yekunu Mərkəzi Asiya və Yaxın Şərqdən Avropa bazarlarına enerji daşıyıcılarının təhlükəsiz nəqlini təmin edən və Avropa İttifaqının enerji təhlükəsizliyini təminatı edən siyasi deklarasiya olacaq.
Qeyd edək ki, sammitə müstəqil müşahidəçi qismində ABŞ, Ukrayna və Rusiya dəvət olunub.
Azərbaycanı bu toplantıda dövlət başçısı İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR