Bank Of Baku

«BP-Azerbaijan» şirkətinə yeni icraçı vitse-prezident təyin olunub

«BP-Azerbaijan» şirkətinə yeni icraçı vitse-prezident təyin olunub
# 08 may 2009 12:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» şirkətinin quruda əməliyyatlar üzrə vitse-prezidenti Rəşid Cavanşir şirkətin prezidentinin müavini vəzifəsinə təyin olunub. Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətindən məlumat verilib: «R.Cavanşir «BP-Azerbaijan» şirkəti üzrə icraçı vitse-prezident təyin olunmaqla şirkətin idarə etdiyi bütün işlər üzrə prezidentin müavini vəzifəsinə irəli çəkilib».

Bundan öncə R.Cavanşir BP-nin Londondakı mərkəzi ofisində axtarış-kəşfiyyat və hasilat bölümü üzrə baş rəhbərlik qrupunun üzvü seçilib və hazırda həmin qrupun üzvüdür.

Yeni vəzifədə R.Cavanşir BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə qurudakı əməliyyatları üzrə vitse-prezident, Bakı-Tiflis-Ceyhanın baş icracı şəxsi, Cənubi Qafqaz Boru Kəmərinin baş meneceri kimi məsul işlərə rəhbərlik etməkdə davam edəcək. O, həm də əlavə olaraq indi «Şahdəniz»in Hasilatın Pay Bölgüsü Sazişi üzrə prezident olacaq və bu vəzifədə şirkətin «Şahdəniz»in 2-ci mərhələsi ilə bağlı işlərinə rəhbərlik edəcək.

Qeyd edək ki, hazırda BP-də şirkətin birbaşa işçisi olan 1 891 Azərbaycan vətəndaşı çalışır. Şirkətin ixtisaslı daimi işçilərinin 82%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR