Bank Of Baku

Bu il Azərbaycanın «Şahdəniz» yatağında qaz hasilatı 8,5% artırılacaq

Bu il Azərbaycanın «Şahdəniz» yatağında qaz hasilatı 8,5% artırılacaq
# 08 may 2009 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağının işlənməsi layihəsi çərçivəsində təbii qazın hasilatını 8,5%, kondensatın hasilatını isə 5,6% artırmaq niyyətindədir.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ildə «Şahdəniz» yatağından 7,1 mlrd. kubmetr qaz və 1,8 mln. ton kondensat hasil edilib: «Bu il ərzində isə biz «Şahdəniz»dən 7,7 mlrd. kubmetr qaz və 1,9 mln. ton kondensat hasil etmək niyyətindəyik».

Şirkətdən həmçinin bildirilib ki, 2009-cu ilin birinci rübündə «BP-Azerbayijan» 2 mlrd. kubmetr qaz və 0,5 mln. ton kondensat hasil edib: «Hazırda «Şahdəniz»dən əldə edilən gündəlik qaz hasilatı təxminən 22 mln. kubmetr və beş quyudan gündəlik kondesat hasilatı 45 min barel təşkil edir. Növbəti bir neçə il ərzində platformadan qazılan yeni quyular işə salındıqca hasilat da artacaq. Birinci mərhələdə ən yüksək sabit səviyyənin ildə 8,6 mlrd. kubmetr qaz və gündə təxminən 45 min barel kondensat olacağı gözlənilir».

Xatırladaq ki, yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 5 quyudan aparılır, gündəlik hasilat isə 22 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.

Qeyd edək ki, 2015-2030-cu illərdə Azərbaycanın qaz ixracı ildə 30-35 mlrd. kubmetr təşkil edəcək. Eyni zamanda, Türkmənistanın qaz ixracı 145-180 mlrd. kubmetr, Qazaxıstanın isə 60-70 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. Göstərilən miqdardan 15-20 mlrd. kubmetr qazı Azərbaycan Avropaya nəql edə biləcək. Müqayisə üçün Türkmənistan üçün bu göstərici 20-30 mlrd. kubmetr, Qazaxıstan üçün isə 10-15 mlrd. kubmetr səviyyəsində gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR