Bank Of Baku

Bu il «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda gündəlik neft hasilatı 2% artacaq

Bu il «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda gündəlik neft hasilatı 2% artacaq
# 08 may 2009 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) strukturundan gündəlik neft hasilatını 1,9% artırmaq niyyətindədir.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ildə şirkət «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından təxminən 252 mln. barel (təxminən 34 mln. ton və ya gündə orta hesabla 688,5 min barel) neft hasil edib. Gündəlik hasilatın 121,8 min bareli «Çıraq», 196 min bareli «Mərkəzi Azəri», 209,3 min bareli «Qərbi Azəri», 113,1 min bareli «Şərqi Azəri» və 48,3 min bareli «Dərinsulu Günəşli» platformalarının payına düşüb.

«Cari il üçün planımız bütün il ərzində beş hasilat platformalasından orta hesabla gündə 702 min barel (ildə təxminən 34,6 mln. ton) neft hasil etməkdir. Gündəlik hasilatın 97,4 min bareli «Çıraq», 117,9 min bareli «Mərkəzi Azəri», 255 min bareli «Qərbi Azəri», 113,4 min bareli «Şərqi Azəri» və 118 min bareli «Dərinsulu Günəşli» yataqlarından gözlənilir. Hazırda bizim AÇG-dən ümumi neft hasilatımızın gündəlik həcmi 850 min barel təşkil edir», - deyə şirkətdən bildirilib.

Bu ilin birinci rübü ərzində «BP-Azerbaijan» şirkəti beş hasilat platformasından gündə 738 min barel (təxminən 9 mln. ton) neft istehsal edib. Bunun 114 min bareli «Çıraq», 131 min bareli «Mərkəzi Azəri», 252 min bareli «Qərbi Azəri», 142 min bareli «Şərqi Azəri» və 99 min bareli «Dərinsulu Günəşli» yataqlarından hasil edilib.

Qeyd edək ki, AÇG layihəsinin Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları «BP-Azerbaijan» (operator – 34,1%), «Chevron» (10,2%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), INPEX (10%), «StatoilHydro» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR