Bank Of Baku

Bu il «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi layihəsinə əməliyyat məsrəfləri 30% artırılacaq

Bu il «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi layihəsinə əməliyyat məsrəfləri 30% artırılacaq
# 08 may 2009 14:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) layihəsi üzrə əməliyyat məsrəflərini 30% artırmaq, əsaslı məsrəfləri isə 13,6% azaltmaq niyyətindədir.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci il ərzində AÇG layihəsinə 645 mln. ABŞ dolları həcmində əməliyyat məsrəfləri və 1,897 mln. dollar məbləğində əsaslı məsrəflər xərclənib: «Cari ildə AÇG üzrə əməliyyat məsrəfləri 839 mln. dollar, əsaslı məsrəflər isə 1,639 mln. dollar təşkil edəcək».

Şirkətdən həmçinin bildirilib ki, bu ilin I rübü ərzində AÇG-dəki fəaliyyətlə əlaqədar əməliyyat xərcləri 175 mln. dollar, əsaslı xərclər isə 243 mln. dollar təşkil edib.

Qeyd edək ki, AÇG layihəsinin Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları «BP-Azerbaijan» (operator – 34,1%), «Chevron» (10,2%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), INPEX (10%), «StatoilHydro» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR