Bank Of Baku

Apreldə Aktaudan Azərbaycan vasitəsilə 1,9 mln. ton neft daşınıb

Apreldə Aktaudan Azərbaycan vasitəsilə 1,9 mln. ton neft daşınıb
# 08 may 2009 15:02 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Aktau limanı bu gün Qazaxıstan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir. APA-nın Mərkəzi Asiya bürosunun verdiyi xəbərə görə, bunu jurnalistlərə verdiyi açıqlamasında Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Abelqazi Kusainov bildrib.

A.Kusainovun sözlərinə görə, beynəlxalq statusu olan Aktau limanından xaricə yüklər daşınır. Təkcə 2008-ci ildə Aktau limanından 11 mln. ton müxtəlif adda yük daşınıb. Bu ilin ilk rübündə daşınan 3,2 mln. ton yükün 35%-ni neft və neft məhsulları təşkil edib. Aprel ayında isə Aktaudan 2,820 mln. ton neft dünya bazarına çıxarılıb. Bunun 1,9 mln. tonundan çox hissəsi (67,4%) isə Azərbaycan vasitəsi ilə həyata keçirilib.

Aktau limanının əhəmiyyətini qeyd edən nazir onu da bildirib ki, limanın şimal istiqamətində tikintisi işləri davam etdirilir. Bu layihənin reallaşması üçün 41,7 mlrd. tənge (təxminən 276 mln. dollar) ayrılıb. Hazırda qoruyucu hidrotexniki inşaat işləri aparılır. Tikinti işlərinə 130 nəfər cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR