Bank Of Baku

Praqa sammitində Avropaya qaz nəqlinə dair saziş imzalanıb

Praqa sammitində Avropaya qaz nəqlinə dair saziş imzalanıb
# 08 may 2009 15:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Praqada (Çexiya) «Cənub Dəhlizi – yeni ipək yolu» adlı beynəlxalq enerji sammiti çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan, Gürcüstan, Türkiyə və Misir arasında Yaxın Şərq və Mərkəzi Asiyadan Avropa istiqamətində qaz boru kəmərlərinin tikintisinin sürətləndirilməsinə dair saziş imzalanıb.
«APA-Economics»in «Associated Press» agentliyinə istinadən verdiyi məlumata görə, sazişə uyğun olaraq, tərəflər boru kəmərlərinin tikintisinə dair uzunmüddətli əqdlər bağlamalı və layihələrin reallaşmasını ləngidən mübahisələri aradan qaldırmalıdır.
Sözügedən layihələrin biri Xəzər bölgəsindən Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyanın ərazilərindən keçərək Avropaya qazın nəqlini nəzərdə tutan «Nabucco» layihəsidir. «Nabucco» boru kəmərinin 2013-cü ildə istismara veriləcəyi gözlənilir. Layihə 12 mlrd. dollar həcmində qiymətləndirilir.
Qeyd edək ki, Praqada imzalanmış sazişin əsas məqsədi Avropa İttifaqının enerji təhlükəsizliyini təmin etməkdir.
Xatırladaq ki, sammitdə müstəqil müşahidəçi qismində ABŞ, Ukrayna və Rusiya iştirak edib. Azərbaycanı isə bu toplantıda dövlət başçısı İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR