Bank Of Baku

Azərbaycan apreldə benzin istehsalını 17% azaldıb

Azərbaycan apreldə benzin istehsalını 17% azaldıb
# 09 may 2009 08:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin aprel ayında Azərbaycanın neft emalı müəssisələrində 100,21 min ton benzin istehsal edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Bunun 88,95 min tonunu avtomobil benzini, qalan 11,26%-ni kimya üçün ilkin benzin fraksiyası təşkil edib.
Mart ayı ilə müqayisədə benzin istehsalı 17,3%, o cümlədən avtomobil benzinin istehsalı 10,2%, kimya üçün ilkin benzin fraksiyasının istehsalı isə 73,7% azalıb.
Cari ilin yanvar-aprel aylarında isə ümumilikdə 444,70 min ton benzin, o cümlədən, 374,66 min ton avtomobil benzini, 70,04 min ton kimya üçün ilkin benzin fraksiyası istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR