Bank Of Baku

«BP-Azerbaijan» bu il Bakı-Ərzurum qaz kəmərinə əsaslı xərcləri 32% azaldacaq

«BP-Azerbaijan» bu il Bakı-Ərzurum qaz kəmərinə əsaslı xərcləri 32% azaldacaq
# 09 may 2009 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» şirkəti 2009-cu il ərzində Cənubi Qafqaz qaz boru kəmərinə (Bakı-Tiflis-Ərzurum) yönəldilən əsaslı xərclərini 31,8% azaldacaq.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, əgər 2008-ci ildə əsaslı xərclərə 22 mln. ABŞ dolları məbləğində vəsait yönəldilibsə, 2009-cu ildə vəsaitin həcminin 15 mln. dollar təşkil edəcəyi gözlənilir.

Şirkətdən həmçinin qeyd olunub ki, 2008-ci ildə Bakı-Tiflis-Ərzurum kəmərinin gündəlik orta ötürücülük gücü 19,8 mln. kubmetr, 2009-cu ilin birinci rübü ərzində isə 19,7 mln. kubmetr olub.

Qeyd edək ki, Bakı-Tiflis-Ərzurum kəmərinin əsas sərmayədarları BP (texniki operator -25,5%), «StatoilHydro» (kommersiya operatoru - 25,5%), «Azərbaycan CQBK Ltd.» (10%), «Lukoil» (10%), «NİKO» (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR