Bank Of Baku

Türkiyə Bakı-Ceyhan boru kəmərinin təhlükəsizliyini gücləndirir

Türkiyə Bakı-Ceyhan boru kəmərinin təhlükəsizliyini gücləndirir
# 12 may 2009 07:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyə Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin ölkə ərazisindən keçən hissəsinin təhlükəsizliyini daha da gücləndirməyi planlaşdırır. Bu barədə «APA-Economics» Türkiyənin «Zaman» qəzetinə istinadən məlumat verib.

Qəzetin verdiyi xəbərə görə, BTC boru xəttini qoruyan Jandarma Baş Komandanlığı artan terror təhdidlərini əsas gətirərək, BOTAŞ şirkətindən termal kameralar, silahlar üçün gecə görmə cihazları və mina skanerləri istəyib. Jandarma Komandanlığı kəmərin üzərindəki müəssisələrdə və nasos stansiyalarındakı xüsusi təhlükəsizlik işçilərinin də silahlarla təchiz olunmalarını tələb edib.

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi BTC kəmərinin təhlükəsizliyi üçün təcili tədbirlərin görülməsi və bütün xərclərin BOTAŞ tərəfindən ödənilməsi barədə qərar qəbul edib. BOTAŞ isə BTC kəmərinin beynəlxalq layihə olmasını əsas gətirərək xərclərin dövlət büdcəsi tərəfindən ödənilməsi təklifi ilə çıxış edib.

Qeyd edək ki, BTC kəməri 2006-cı ilin iyul ayında rəsmən istifadəyə verilib. Kəmərin uzunluğu 1 768 km (443 km Azərbaycan, 248 km Gürcüstan, 1 077 km isə Türkiyə ərazisindən keçir), illik nəqletmə gücü isə 50 mln. ton təşkil edir.

BTC-nin əsas səhmdarları rolunda BP (30,1%), «AzBTC» (25%), «Chevron» (8,90%), «StatoilHydro» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «Itochu» (3,40%), INPEX (2,50%), «ConocoPhillips» (2,50%) və «Hess» (2,36%) şirkətləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR