Bank Of Baku

«Nabucco» layihəsi üzrə yekun saziş gələn ay imzalanacaq

«Nabucco» layihəsi üzrə yekun saziş gələn ay imzalanacaq
# 12 may 2009 08:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Nabucco» layihəsinin həyata keçirilməsinə dair sazişin iştirakçı dövlətlər arasında bu ilin iyun ayının 25-də Ankarada (Türkiyə) imzalanması planlaşdırılır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Britaniyanın «The Guardian» qəzeti məlumat yayıb.

Qəzetə açıqlama verən Avropa İttifaqının rəsmisi bildirib ki, artıq müəyyən detallar, o cümlədən Türkiyə tərəfi ilə bağlı bir sıra məsələlər razılaşdırılıb. Artıq Türkiyə layihə ilə bağlı hər hansı bir şərt irəli sürməyəcək.

Türkiyənin «Milliyət» qəzeti isə Avropa Komissiyasının enerji məsələləri üzrə məsul nümayəndəsi Andris Piebalqsa istinadən məlumat verib ki, rəsmi Ankara tranzit müqabilində kəmərlə nəql olunan qazın 15%-nin güzəştli qiymətlə alınması tələbindən geri çəkilib.

Qeyd edək ki, Türkiyə 2007-ci ildən «Şahdəniz» layihəsinin birinci fazası çərçivəsində Azərbaycandan 1000 kubmetri 120 ABŞ dolları olmaqla ildə 6 mlrd. kubmetr təbii qaz idxal edib. «Şahdəniz» layihəsinin ikinci fazasından isə ildə 8 mlrd. kubmetr qaz istəyir.

Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında qazın alqı-satqısı və tranziti ilə bağlı əsas problem Türkiyənin «Şahdəniz» yatağının II mərhələsində hasil olunacaq qazın nəqli üzrə tranzit ölkə kimi deyil, treyder qismində çıxış etmək niyyəti, həmçinin tranzit qazının 15%-ni özünə götürmək istəyi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR