Bank Of Baku

Cənubi Afrika və Azərbaycan birgə zirehli texnika istehsalına başlayıb

Cənubi Afrika və Azərbaycan birgə zirehli texnika istehsalına başlayıb
# 12 may 2009 11:14 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu «Paramount Group»un İdarə Heyətinin sədri İvor İçikovits (Ivor Ichikowitz) bildirib.
«Biz Azərbaycanın Müdafiə Sənayesi Nazirliyini qarşıya qoyduğu hədəflərə çatmaq üçün dəstəkləyirik. Azərbaycanın müdafiə təyinatlı məhsullar istehsalında regional mərkəz ola biləcəyinə inanırıq», - deyə şirkət rəhbəri vurğulayıb.
İ.İçikovits ortaq əməkdaşlıq çərçivəsində ilk sifarişlərin alındığını və Bakıdakı müəssisədə matador və marauder tipli zirehli maşınların istehsalına başlandığını qeyd edib. Zirehli texnikanın ilk partiyası cari ilin sonuna təhvil veriləcək.
Şirkət nümayəndəsi deyib ki, Bakıda istehsal olunan ilk avtomobillər Zirehli Personal Daşıyıcısı (APC) versiyasındandır. Daha sonra burada digər modellərin də istehsal edilməsi planlaşdırılır. Bakıda həmçinin «Paramount Group»un ötən il CAR-da təşkil olunmuş Afrika Aviasiya və Müdafiə Sərgisində nümayiş etdirdiyi daxili təhlükəsizlik və polis qüvvələri üçün nəzərdə tutulan üçüncü model «Maverick» texnikaları da istehsal olunacaq.
Qeyd edək ki, matador və marauder tipli zirehli transportyorlar MSN-in Elektron Hesablayıcı Maşınlar zavodunda istehsal edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR