Bank Of Baku

BP-nin Direktorlar Şurasına yeni sədr təyin olunub

BP-nin Direktorlar Şurasına yeni sədr təyin olunub
# 25 iyun 2009 12:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Britaniyanın BP şirkəti Direktorlar Şurasının sədri vəzifəsinə Karl-Henrik Svanberq təyin edilib. «APA-Economics»in məlumatına görə, bu barədə şirkətin rəsmi məlumatında bildirilir. Məlumata əsasən, Karl-Henrik Svanberq hazırda telekommunikasiya sahəsində dünya liderlərindən biri olan İsveçin «Ericsson» şirkətinin baş icraçı direktoru vəzifəsində çalışır.

BP şirkətin məlumatına görə, yeni təyinat cari ilin sentyabrın 1-dən qüvvəyə minəcək. Karl-Henrik Svanberq vəzifəsinin icrasına 2010-cu ilin yanvarın 1-dən başlayacaq, həmin vaxtadək isə o, İsveç şirkətinə başçılıq edəcək. Qeyd edək ki, BP-nin Direktorlar Şurasının sədri vəzifəsini hazırda Peter Sazerlend icra edir.

BP-nin rəsmi məlumatına əsasən, Karl-Henrik Svanberq 1952-ci ildə İsveçdə anadan olub. «Ericsson» şirkətindən əvvəl o, «Asea Brown Boveri», «Securitas», «Assa Abloy Group» kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb, İsveç sənayesinin inkişafı sahəsində xidmətlərə görə İsveç Kralı medalı ilə təltif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR