Bank Of Baku

Azərbaycan Xəzər dənizinə yeni təchizat gəmisi gətirib

Azərbaycan Xəzər dənizinə yeni təchizat gəmisi gətirib
# 03 iyul 2009 09:41 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirə qatılan ARDNŞ prezidenti Rövnəq Abdullayev gəmi ilə yaxından tanış olub.

Tədbirdə bildirilib ki, ən müasir avadanlığa malik olan «Caspian Server» gəmisi Norveçin «Simek» zavodunda inşa olunub və Dinamik Tarazlaşma-DP2 sistemi ilə təchiz edilib. Gəminin uzunluğu 73,6 metr, eni 16 metrdir.

R.Abdullayev qeyd edib ki, ARDNŞ-in Xəzər Dəniz Neft Donanması/«BYUİ Caspian» alyansı tərəfindən hazırda 14 gəmi istismar olunur: «Alyans 10 ildir Azərbaycanda gəmi xidmətləri göstərir. Bu vaxta qədər 11 yeni gəmi alınaraq Xəzər dənizinə gətirilib. Ümumilikdə, gəmilərin alınmasına 300 mln. dollara yaxın vəsait xərclənib».

Qeyd edək ki, hazırda alyansın gəmilərində 300 nəfərdən artıq yerli dənizçi fəaliyyət göstərir. Gələn ilin may ayında alyans hazırda tikintisi davam etdirilən daha 2 yeni gəmini Bakıya gətirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR