Bank Of Baku

Rumıniya Azərbaycandan neft və neft məhsullarının idxalının artırılmasında maraqlıdır

Rumıniya Azərbaycandan neft və neft məhsullarının idxalının artırılmasında maraqlıdır
# 03 iyul 2009 14:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Rumıniyanın iqtisadiyyat naziri Adrian Videanunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sənaye və Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov da iştirak ediblər.

Geniş tərkibli formatda aparılan danışıqlar zamanı N.Əliyev Rumıniyalı nazirin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynayacağına inandığını bildirib. Nazir qeyd edib ki, iki ölkənin prezidentləri arasında mövcud olan dostluq və səmimi münasibətlər bütün sahələrdə Azərbaycanla Rumıniya arasında əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıb.

A.Videanu isə Azərbaycana səfərinin məqsədini açıqlayaraq bildirib ki, ölkəsi Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da möhkəmlənməsində maraqlıdır. Nazir qeyd edib ki, ölkələr arasında siyasi və iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. O, Azərbaycanı Xəzər regionunda Rumıniyanın dostu və etibarlı tərəfdaşı adlandırıb və əsasən Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində malik olması barədə danışıb. A.Videanu ölkəsinin Azərbaycandan daha böyük həcmdə neft və neft məhsulları almaq niyyətində olduğunu da bildirib.

N.Əliyev isə öz növbəsində qeyd edib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi enerji təhlükəsizliyi məsələsində də Rumıniya ilə intensiv əməkdaşlığın qurulmasında maraqlıdır və qarşılıqlı fayda verə biləcək bütün məsələlər müzakirə edilə bilər: «Hesab edirəm ki, Rumıniya-Azərbaycan münasibətlərini nəzərə alaraq, konkret layihələri həyata keçirməklə biz bütün Avropa üçün alternativ enerji daşıyıcılarının təchizatçısına çevrilə, alternativ həll yollarını tapa bilərik. Azərbaycan bu məsələdə xüsusi töhfəsini verə bilər».

Hər iki nazir həmçinin konkret layihələrlə bağlı danışıqların davam etdirilməsinin vacibliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR