Bank Of Baku

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda illik nəzarət auditi keçirilib

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda illik nəzarət auditi keçirilib
# 04 iyul 2009 08:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda İSO 9001 : 2000, İSO 14001 : 2004, OHSAS 18001 : 1999 tələblərinə cavab verilməsinin yoxlanılması məqsədi ilə «Russkiy Reqistr» sertifikatlaşdırma assosiasiyası tərəfindən illik nəzarət auditi keçirilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, zavodda eyni zamanda OHSAS 18001 : 2007, İSO 9001 : 2008 yeni versiyalarının tələblərə uyğunluğu yoxlanılıb.
Qeyd edək ki, Dərin Özüllər Zavodunun sertifikatlarının yeni versiyalara keçməsi və nəzarət auditinin keçirilməsi müvəffəqiyyətlə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR